“Qarabağ, Şərqi Zəngəzur və Qazaxın dörd kəndində birinci rübdə 11 min hektar ərazinin minalardan təmizlənməsi Azərbaycanın post-münaqişə dövründə apardığı ən önəmli işlərdən biridir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı söyləyib.

media-06acfa6e-1a78-4803-ac65-a51befdf4d4b

Onun sözlərinə görə, bu, ilk növbədə insan həyatının təhlükəsizliyini təmin edir və məcburi köçkünlərin öz yurdlarına dönməsini şərtləndirən əsas addımlardan biridir:

“Eyni zamanda, bu ərazilərin kənd təsərrüfatı, infrastruktur və sosial layihələr üçün istifadəyə verilməsi regionun iqtisadi inkişafına təkan verir. Minalardan təmizləmə Azərbaycanın sülhə, quruculuğa və inkişaf siyasətinə sadiqliyinin göstəricisidir”.

Ləman Sərraf


Bənzər xəbərlər