media-img_0144

Mingəçevir şəhərindən Patrulaz.az-a müraciət edən sürücü bildirir ki, şəhərin mərkəzi prospekti olan Heydər Əliyev prospektində, “kabelni” deyilən ərazidən düz Kür çayının körpüsünə qədər, eləcə də şəhərin digər küçələrində piyadalar onlar üçün ayrılmış zolaqlardan istifadə etmirlər.

Sürücülərin sözlərinə görə, bu hal həm sürücüləri çətin vəziyyətdə qoyur, həm də piyadaların öz həyatını ciddi təhlükə altına salır. Qeyd edilir ki, tez-tez piyadaların vurulması ilə nəticələnən hadisələr baş verir.

Şəhər sakinləri aidiyyəti qurumları məsələ ilə bağlı tədbir görməyi xahiş edirlər. Onların sözlərinə görə, piyadaların qaydalara əməl etməməsi təkcə onların deyil, bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edir.


Bənzər xəbərlər