Misir Mərdanovun səhhəti ilə bağlı narahatedici xəbər - Özü danışdı
Azərbaycanın sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.
Patrulaz.az “Manset.az” əsasən xəbər verir ki, sabiq-nazir xəstəxanaya yerləşdirilib və ilkin olaraq əməliyyat olunduğu bildirilib. Məsələni dəqiqləşdirmək üçün “Manset.az” saytı M.Mərdanovun özü ilə əlaqə saxlayıb. Sabiq nazir açıqlamasında xəstəxanada olduğunu təsdiqləyib:
Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa ehtiyac yoxdur. İnşallah sabah işdə olacam”,– deyə o bildirib.
Qeyd edək ki, Misir Mərdanov 1992–1996-cı illərdə Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, 1997–1998-ci illərdə isə rektoru olub. 1998-ci ildən 2013-cü ilə qədər isə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
Hazırda o, Elm və Təhsil Nazirliyinin tabeliyində olan Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.






