Moda tarixinə düşən satış: “Birkin” çantası rekord qiymətə satıldı!
Fransalı müğənni və aktrisa Ceyn Birkinə məxsus ilk “Hermès Birkin” çantası “Sotheby’s” hərrac evində 7 milyon avroya (420 milyon rubldan çox) alıcı tapıb.
Patrulaz.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Hərrac evi bildirib ki, bu qiymət çanta satışı tarixində yeni rekord hesab olunur.
Qeyd edək ki, bundan əvvəl rekord 2021-ci ildə 513 min dollara satılmış “Hermès White Himalaya Niloticus Crocodile Diamond Retourne Kelly 28” modelinə məxsus idi. Çantanın start qiyməti 1 milyon avro olub və onu əldə etmək uğrunda 9 kolleksiyaçı mübarizə aparıb. Nəticədə çanta Yaponiyadan olan kolleksiyaçı tərəfindən alınıb.






