media-inshot_20250922_224824807

Moskvanın Vnukovo hava limanına istiqamətlənən sərnişin təyyarəsi yaşayış binalarının arasından uçuş etməyə məcbur olub.

Patrulaz.az “SHOT” teleqram kanalında yayılan dəhşətli görüntüyə əsasən xəbər verir ki, təyyarənin yüksəkdən deyil, binaların arasından hərəkət etməsinə səbəb Ukraynaya məxsus pilotsuz təyyarələrin səmada olması olub.

Hadisə zamanı binalarda yaşayan sakinlər güclü səs eşidib, təyyarəni gördüklərində isə çaşqınlıq yaşayıblar.

Moskva meri Sergey Sobyanin bildirib ki, bu vaxta qədər 11 pilotsuz təyyarə məhv edilib. Şahidlər Odintsovo rayonu və Sergiyev Posad yaxınlığında partlayış səsləri eşitdiklərini bildiriblər.

Məlumata görə, hazırda dağıntıların qeydə alındığı ərazilərdə təcili yardım və aidiyyəti qurumlar fəaliyyət göstərir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər