media-5c7a398a-b73c-48c3-9782-032340410c55

“Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə verdiyi müsahibədə strateji tərəfdaşlıqdan söhbət açıb. Məsələ burasındadır ki, son illər ərzində Azərbaycan və Çin arasında əməkdaşlıq çox genişlənib. Bu, həm iqtisadi sahədə, həm də mədəni əlaqələrdə özünü göstərir. Çinin artan iqtisadi gücü də göz qabağındadır. Təbii ki, siyasi komponentləri də gözardı etmək olmaz”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Azərbaycan Yəhudi Media mərkəzinin politoloqu Rüstəm Tağızadə söyləyib.

media-f01ccf20-a325-4b53-acdf-f0fe7937ca69
Onun sözlərinə görə, hazırda müharibələrin hökm sürdüyü bir dövrdə dövlətlərin bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət etməsi vacib prinsipdir:

“Müstəqil xarici siyasət yürüdən Azərbaycan Çinlə əlaqələri daha da genişləndirmək istəyir. Eyni zamanda, Çin dövləti də bu məsələdə maraqlıdır. Çin Azərbaycanla iqtisadi-ticari əlaqələri genişləndirərək Orta dəhlizdən daha çox yük daşınmasına nail olmaq istəyir. Təbii ki, bu işdə Azərbaycanla paralel Qazaxıstan, Türkmənistan, Özbəkistan da rol oynayır. Çindən Böyük Britaniyaya kimi uzanan bu ticari yolda Azərbaycan özünəməxsus yer tutur. Həmçinin, enerji təhlükəsizliyi məsələsində də Azərbaycan Çin üçün böyük əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin Çinə etdiyi səfər də bu qəbildəndir ki, iki ölkə arasında münasibətlər daha da genişlənsin”.

Ləman Sərraf


Bənzər xəbərlər