media-img_5350

COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyadadırlar.

Patrulaz.az xəbər verir ki, bu barədə COP29 sədrliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

“COP29-un prezidenti və baş danışıqçı COP29-da əldə edilmiş irəliləyişin bütün dünyada insanların daha yaxşı və təhlükəsiz gələcəyini necə təmin edə biləcəyini müzakirə etmək üçün beynəlxalq liderlərlə bir neçə görüşdə iştirak edəcəklər”, – məlumatda qeyd olunub.


Bənzər xəbərlər