media-inshot_20251008_095342770

Naxçıvanda bir neçə ev və avtomobildən oğurluq edən şəxslər polislər tərəfindən saxlanılıb.

Patrulaz.az xəbər verir ki, Şərur Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən bir neçə evdən oğurluq edilməsi ilə bağlı müraciətlər daxil olub. Daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən 25 yaşlı Onur Qafarov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun müxtəlif evlərdən ümumilikdə 2408 manat məbləğində pul oğurladığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Bundan başqa, Culfa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobildən oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Kamran Kərimov da saxlanılıb.

Hər iki fakt üzrə oğurlanmış vəsaitlərin sahiblərinə qaytarılması təmin olunub, araşdırmalar davam etdirilir.

media-img-20251008-wa0003-1


Bənzər xəbərlər