media-img_5441

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Venesuela ilə enerji və mədənçilik sahəsində əməkdaşlığın yaxşılaşdırılması üçün konkret addımlar atmağı hədəflədiklərini bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar X sosial media hesabında etdiyi paylaşımda Venesuelanın vitse-prezidenti və neft naziri Delcy Rodriguez ilə İstanbulda görüşdüklərini bildirib. Bildirilib ki, görüş zamanı neft, təbii qaz və mədənçıxarma sahələrində əməkdaşlıq üçün ötən il imzalanmış sazişlər çərçivəsində görülən işlər müzakirə olunub.


Bənzər xəbərlər