media-img_7008

Redaksiyamıza göndərilən videogörüntülərdə “Əcəmi” metrostansiyası yaxınlığında yerləşən “OBA” marketdən bir nəfərin araq oğurlayaraq mağazanı tərk etdiyi iddia olunur.

Burada məsələ təkcə oğurluq faktı deyil, məhz araq kimi zərərli vərdişin bu cür üsulla əldə edilməsidir. Araq içmək nə ehtiyacdır, nə də zərurət. İnsan ac qalmamaq üçün çörək oğurladığını iddia edə bilər, amma spirtli içki üçün oğurluğa əl atmaq bu davranışın nə qədər məsuliyyətsiz və mənasız olduğunu açıq göstərir.

Bu, nə çarəsizlikdir, nə də məcburiyyət – sadəcə yanlış vərdişin və nəzarətsiz davranışın nəticəsidir. Belə hallar cəmiyyətdə normal qəbul edilməməli, əksinə, qəti şəkildə qınanmalıdır.

Patrul.az


Bənzər xəbərlər