media-inshot_20251024_151823074

“Neftimiz, qazımız var, amma xalqımız acdır”.

Patrulaz.az İran mediasına istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycanın ziyalıları, ictimai və mədəni fəalları ilə görüşü zamanı ölkədəki iqtisadi vəziyyətdən danışarkən deyib.

Pezeşkian çıxışı zamanı İranı Türkiyə, Yaponiya və Koreya ilə müqayisə edərək, bu ölkələrin təbii resurslara malik olmasalar da, sosial rifah baxımından daha irəlidə olduqlarını vurğulayıb:

“Türkiyənin nefti, qazı yoxdur, Yaponiya və Koreyada da yoxdur. Onlar nefti alırlar, amma bizdən öndədirlər, yaşayış şəraiti də çox yaxşıdır”, – o, bildirib.

Prezident çıxışında ölkədəki problemlərin səbəbini idarəetmədəki nöqsanlarla izah edib:

“Neftimiz, qazımız var, amma xalqımız acdır. Nefti, qazı necə sata bilərik, insanların problemi var? Günah bizik”, – deyə Pezeşkian əlavə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər