Nemodan sonra o da "Avroviziya"da qazandığı kubokunu geri qaytarır
Daha bir Avroviziyanın keçmiş iştirakçısı qazandığı kubokunu geri qaytarmaq qərarı alıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, 1994-cü il Avroviziya Mahnı Müsabiqəsinin qalibi Çarli MakGettigan Avropa Yayım Birliyinə (EBU) qazandığı kubokunu qaytaracağını açıqlayıb.
Məlumata görə, MakGettiganın bu qərarının səbəbi İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirakına etiraz etməsidir. Etiraz İsrailin fələstinlilərə qarşı təzyiqləri və insan haqlarının pozulması ilə əlaqədar olaraq irəli sürülüb.
Qalib bildirib ki, eyni qərarı verən “2024 Avroviziya” qalibi İsveçrə təmsilçisi Nemonu dəstəkləyir. Hal-hazırda MakGettigan 1994-cü ildə qazandığı kuboku tapa bilməyib, lakin tapdığı kimi geri qaytaracağını vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl 2024-cü il Avroviziya qalibi Nemo də qazandığı kubokunu geri qaytaracağını açıqlamışdı.
Gülbəniz Səfərova






