Nepalda iki yaşlı qız “canlı ilahə” elan edildi
Nepalın paytaxtı Katmanduda iki yaşlı qız ölkənin yeni Kumari, yəni “canlı ilahə”si elan olunub.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, 2 il 8 aylıq olan Aryatara keçmiş Kumari Trişna Şakyanı əvəz edib. Yeni Kumari ailəsi və dindar ardıcıllarının müşayiəti ilə məbəd sarayına aparılıb.
Məlumata görə, Kumari inancı Katmandu vadisinin yerli Newar icmasının Şakya qəbiləsinə aid qızların seçilməsinə əsaslanır. Namizədlər 2–4 yaş arasında olmalı, qüsursuz dərili, gözlü, dişli və saçlı olmalıdır.
Qeyd edək ki, Dashain festivalının səkkizinci günü evdən götürülərək məbəd sarayına gətirilən yeni Kumari xalq qarşısına çıxır, möminlər isə ayaqlarına toxunaraq ehtiramlarını bildirirlər.






