Nərimanovda binanın zirzəmisi niyə zəbt edilib? - Qurumda rəsmi CAVAB
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nərimanov rayonu Araz küçəsi 67/71 ünvanında yerləşən binanın zirzəmisinə qanunsuz müdaxilə edilib.
Bu barədə məlumatı Patrul.az-a bina sakinləri verib.
Redaksiyamız zirzəminin kim tərəfindən və hansı məqsədlə zəbt edildiyini, həmçinin binanın təhlükəsizliyinin təmin olunmasını araşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Qurumdan sorğumuza verilən cavaba görə, sözügedən binaya baxış keçirilib və nəticədə söküntü işlərinin aparıldığı müəyyən olunub:
“Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 67/71 ünvanına baxış keçirilmişdir.
Keçirilmiş baxış zamanı binanın 2 saylı blokunun giriş hissəsində pilləkən qəfəsəsi ilə xarici divarın arasında zirzəmi mərtəbəyə mövcud girişin genişləndirilməsi məqsədilə söküntü işlərinin aparılması müşahidə edilmişdir.
İstismarda olan binalarda inzibati icraat yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində olduğunu nəzərə alaraq Agentlik tərəfindən aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə 03 dekabır 2025-ci il tarixli telefonogram ünvanlanmışdır”.
https://bax.tv/sosial-xeberler/nerimanov-sakinlerinden-sikayet-216771?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=sosial-xeberler
Gülbəniz Səfərova






