Nəsimi rayonunda təhlükəli çuxur: sürücülər risk altındadır - VİDEO
Nəsimi rayonu, Azadlıq prospekti ilə Ənvər Qasımzadə küçəsinin kəsişməsində yolun vəziyyəti sürücülər üçün ciddi təhlükə yaradır.
Bu barədə Patrul.az redaksiyasına müraciət edən vətəndaşlar bildiriblər.
Onların sözlərinə görə, qeyd olunan ərazidə yaranmış dərin çuxur xüsusilə dönmə zamanı görünmədiyi üçün nəqliyyat vasitələrinin təkərlərinə ciddi ziyan vurur. Bildirilir ki, artıq bir çox sürücü bu səbəbdən maddi zərərə məruz qalıb.
Sakinlər və sürücülər məsul qurumları vəziyyətə operativ müdaxilə etməyə, təhlükəli çuxurun aradan qaldırılmasını təmin etməyə çağırırlar.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini işıqlandırmağa hazırıq.






