Netanyahunun BMT-dəki çıxışı zamanı diplomatlar zalı tərk etdilər - VİDEO
Sentyabrın 25-də İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərkən bir il bundan əvvəl baş vermiş hadisə yenidən təkrarlanıb.
Patrulaz.az “UNN”a istinadən xəbər verir ki, Netanyahu kürsiyə çıxdığı zaman bir sıra diplomatlar iclas zalını tərk etməyə başlayıblar.
Görüntülərdə rəsmi şəxslərin zalı toplu şəkildə tərk etdiyi, yalnız az sayda nümayəndənin qaldığı müşahidə olunub. Həmin an bəzi diplomatlar hadisəni lentə alıb, digərləri isə alqış və fitlərlə reaksiyalarını bildiriblər.
Xatırladaq ki, 2024-cü ilin sentyabrın 27-də baş tutan BMT Baş Assambleyasının 79-cu sessiyasında da Netanyahu çıxış edərkən bir sıra ölkələrin nümayəndələri zalı tərk etmişdi.
Gülbəniz Səfərova






