media-inshot_20250930_113607044

“Tramp İsrailin ən böyük dostudur”.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Netanyahu Donald Trampın İsrailə göstərdiyi dəstəyə görə də təşəkkürünü bildirib.

O, Trampın liderliyini və dostluğunu yüksək qiymətləndirərək, onu Ağ Evdə İsrailin “ən böyük dostu” adlandırıb:

“Qüdsdən Tehrana, Qolan təpələrindən Qəzzaya qədər siz dəfələrlə dediklərimi sübut etdiniz: Siz Ağ Evdə İsrailin ən böyük dostusunuz”, – deyə Netanyahu bildirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər