media-inshot_20260223_165804584

Novruz bayramına hələ bir ay müddət qalsa da, artıq tətil günləri üçün otel rezervasiyaları başlayıb. İstirahəti yaddaqalan etməyi düşündürən əsas məsələ isə qiymətlərdir. Elə buna görə də tətilin ölkə daxilində, yoxsa xaricdə keçirilməsi maraq doğurur.

Bəs hansı daha sərfəlidir, ölkədaxili, yoxsa xarici istirahət?

Patrul.az mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyevin fikirlərini öyrənib.

O xatırladıb ki, hər il olduğu kimi bu ildə Azərbaycanda Novruz bayramı uzunmüddətli tətil kimi qeyd olunacaq:

“Təbii ki, həm yerli, həm də əcnəbi turistlər bölgələrdə istirahətə daha çox üstünlük verirlər. Bu il Azərbaycan hüdudlarından kənara çıxan turistlərin sayında da artım müşahidə olunur. Bu seçim gediləcək ölkənin istiqamətindən və qiymətlərdən asılı olaraq dəyişir. Əsasən, Novruz bayramı ərəfəsində qardaş Türkiyənin İstanbul, İzmir şəhərləri, Dubay, Doha və Misir istiqamətləri turist seçimləri üçün daha aktualdır”.

media-inshot_20260223_165531980

Ekspertin sözlərinə görə, ölkədaxilində isə Quba, Qusar, Şəki, Qax, Zaqatala, Balakən, eyni zamanda Qarabağ bölgəsi turizm baxımından daha aktualdır:

“Ümumiyyətlə, hər keçən il işğaldan azad olmuş bölgələrə turist axını daha da güclənir. Hesab edirəm ki, vətəndaşlarımızın istər ölkədaxili, istərsə xarici turizmə göstərdiyi maraq Azərbaycanda sosial rifahın günü-gündən yaxşılaşmasından xəbər verir. Bu da öz növbəsində ölkə turizminə də müsbət təsir göstərir”.

Ləman Sərraf


Bənzər xəbərlər