media-inshot_20251002_102939725

ABŞ-nin Nyu-York şəhərində 17 mərtəbəli yaşayış binasının bacası qismən çöküb.

Patrulaz.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə Bronks rayonunda baş verib.

İlkin məlumata görə, hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.

Yanğınsöndürmə idarəsi bunu “böyük fövqəladə hal” elan edib və dağıntılarda axtarış-xilasetmə işlərinə başlayıb.

Nyu-York Şəhər Mənzil İdarəsi isə ictimai mənzil layihəsi çərçivəsində inşa edilən və aztəminatlı sakinlərin yaşadığı binaya dəymiş ziyanın həcmini və qismən dağılmanın səbəbini araşdırır.

Şəhər Fövqəladə Hallar İdarəsi yaxınlıqdakı icma mərkəzini yüzlərlə sakin üçün müvəqqəti sığınacaq kimi istifadəyə verib.


Bənzər xəbərlər