media-inshot_20250923_111308442

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gələn Fransa Prezidenti Emmanuel Makronun avtomobili təsadüfən polislər tərəfindən saxlanılıb.

Patrulaz.az yayılan görüntülərə əsasən xəbər verir ki, buna səbəb həmin vaxt ABŞ Prezidenti Donald Trampın korteji ilə oradan keçməsi və bu səbəbdən yolların bağlanması olub.

Təsadüfən Trampın təhlükəsizlik qüvvələri Makronun avtomobilini də saxlayaraq hərəkətini məhdudlaşdırıblar.

Bundan sonra Makron avtomobildən düşərək Trampa zəng edib və zarafatla yolu açmağı xahiş edib.

Hadisə şəhərdə qısa müddətli gülüş və maraqla qarşılanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər