media-inshot_20251021_235122433

Səudiyyə vəliəhdi 7 ildən sonra ilk dəfə Vaşinqtona səfər edəcək.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın  noyabrın 18-də Ağ Evdə prezident Donald Trampla görüşəcəyi planlaşdırılır.

Məlumata görə, görüş çərçivəsində may ayında əldə edilmiş razılaşmalar, iki ölkə arasında hərbi və kəşfiyyat məlumatlarının mübadiləsi müzakirə olunacaq.

Qeyd edək ki, Səudiyyə vəliəhdi 7 ildən sonra ilk dəfə Vaşinqtona səfər edir. Lakin iki lider bu ilin may ayında, prezidentin Yaxın Şərq səfəri çərçivəsində, iqtisadi əlaqələri gücləndirmək, İsrail-Qəzza münaqişəsinə son qoymaq və İranın nüvə proqramını dayandırmaq məqsədilə digər məkanlarda görüşüblər.

media-50239544_605
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman

media-inshot_20251021_234916674


Bənzər xəbərlər