media-inshot_20250926_125200861

Oğuz rayonunun Filfilli kəndində meşəlik ərazidə fıstıq növündən olan ağaclara qanunsuz olaraq zərər vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Patrulaz.aza verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbir nəticəsində sözügedən ağacların qanunsuz olaraq kəsilməsində şüphəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.


Bənzər xəbərlər