Ölən şəxsin kreditini kim ödəməlidir ?
“Kredit borcu olan şəxs dünyasını dəyişdikdə, əgər onun mülkiyyətini vərəsələri qəbul edibsə bu zaman kreditləri ödəməyə də borcludurlar. Dünyasını dəyişən şəxsin mülkiyyətində əmlak yoxdursa, sözügedən borc silinə bilər”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki, kredit verən bank krediti sığorta əsasında verdikdə, eyni zamanda zamin varsa, bu zaman mütləqdir ki, dünyasını dəyişən şəxsin borcu zamin və sığorta şirkəti tərəfindən ödənilsin: “Buna görə də banklar bəzən riskə getmir və krediti sığorta əsasında verir”.