Ölümcül göbələkdən qan xərçənginə müalicə üsulu tapıldı
Elm adamları “Fironların lənəti” adlandırılan təhlükəli göbələkdən qan xərçənginə qarşı güclü müalicə üsulu tapıblar.
Patrulaz.az “Daily Mail”ə istinadən xəbər verir ki, ABŞ-nin Pensilvaniya və Texas ştatlarında aparılan araşdırma nəticəsində “Aspergillus flavus” adlı göbələyin istehsal etdiyi “asperigimisin” adlı molekulların “leykemiya”, yəni qan xərçəngi hüceyrələrinə qarşı təsirli olduğu müəyyən edilib.
Aparılan laboratoriya sınaqları göstərib ki, “asperigimisi”nin bəzi variantları “lösemi” hüceyrələrini məhv etməkdə xərçəngə qarşı istifadə olunan kimyaterapiya dərmanları – “sitarabin” və “daunorubis”in qədər təsirli gücə malik ola bilər. Hətta bu molekula “lipid” adlı maddə əlavə edildikdə, təsir gücünün daha da artdığı müşahidə olunub.
Bu təqiqatın rəhbəri Pensilvaniya Universitetinin professoru Dr. Sherry Gaodur. Onun sözlərinə görə, tapılmış həmin zəhərli göbəkələr xərçəngin dərmanı ola bilər:
“Göbələklər bizə penisilin verdi. İndi isə onlardan yeni bir xərçəng dərmanı əldə edə bilərik. Bu nəticələr təbiətin bizə təqdim etdiyi təbii məhsullarda hələ çox imkanların gizləndiyini sübut edir”.
İnsan sağlamlığı ilə bağlı əldə olunan bu nailiyyət hələ ilkin mərhələsindədir. Bu mərhələdə “asperigimisin”lər heyvanlar üzərində sınaqdan keçirilir. Bir sonrakı mərhələdə isə bu maddələrlə insan üzərində sınaqlar keçiriləcək.
Qeyd edək ki, “Aspergillus flavus” göbələyinə “Fironların lənəti” deyilməsinin səbəbi onun tarixdə bir neçə müəmmalı ölüm hadisəsi ilə bağlı olmasıdır. 1920-ci illərdə Misirdə Kral Tutanxamonun məzarını açan arxeoloqların qəfil və səbəbsiz ölümü bu göbələyin yaratdığı təhlükə ilə izah olunub. Eyni hadisə 1970-ci illərdə Polşada kral məzarının açılması zamanı baş verib. Orada da arxeoloqlar arasında ölənlər olub. Lakin araşdırmalar nəticəsində məlum olub ki, məzarlarda “Aspergillus flavus” göbələyi olub və o toksinlərinin xüsusilə immuniteti zəif olan insanlara ölümcül təsir göstərib.

Gülbəniz Səfərova






