Onlayn təlimlərdə aldadılanlar nə etməlidir? - Vəkil danışdı
Ödəniş edilib, amma kursa giriş verilməyib və ya vəd olunan xidmət göstərilməyib. Belə hallarda vətəndaşın hüquqları nədən ibarətdir və ödədiyi vəsaiti geri almaq mümkündürmü?
Bununla bağlı AR Vəkillər Kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə, onlayn kursa görə ödəniş edilib, lakin xidmət göstərilməyibsə, pulun geri qaytarılması tələb oluna bilər:

“Bəli, əgər istehlakçı onlayn kurs üçün ödəniş etmiş, lakin kursa çıxış imkanı verilməmiş və ya vəd edilən xidmət ümumiyyətlə göstərilməmişdirsə, o, ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər. Bu halda xidmət göstərən tərəfin müqavilə üzrə öhdəliyi yerinə yetirilmədiyindən, istehlakçının pulun geri qaytarılmasını tələb etmək hüququ yaranır. Lakin xidmət faktiki olaraq təqdim edilmiş və ya kurs materiallarına çıxış verilmişdirsə, məsələnin həlli konkret müqavilə şərtlərindən asılı olacaq”.
Cəmilə Cəfərzadə






