media-inshot_20250909_170522989

Müasir həyatda insanlar hətta adi səyahət zamanı belə tez yorulurlar. Uzun müddət istirahətsiz işləmək isə stressi artırır. Həyat sürətlidir, işlər, öhdəliklər və stress ruh halımızı aşağı sala bilir. Amma kiçik dəyişikliklərlə özünüzü enerjili və xoşbəxt hiss edə bilərsiniz.

Bəs necə etmək olar ki, hər zaman gümrah və enerjili hiss edəsiniz?

Patrulaz.az-ın araşdırmasına görə, bunun 5 sadə və effektiv yolu var:

Gündəlik hərəkət edin

media-5c6905b2a8cff_14976034034547

Hərəkət enerjini artırır, stress hormonlarını azaldır və xoşbəxtlik hormonu olan “endorfin”in ifrazını stimullaşdırır. Hər gün qısa gəzinti, yoga və ya sadə məşqlər belə ruh halınızı yaxşılaşdıra bilər.

Keyfiyyətli yuxu rejimi yaradın

media-1738571682_1

Yuxusuzluq yorğunluğu və əsəbiliyi artırır. Hər gecə eyni vaxtda yatmaq, 7–8 saat dincəlmək və yatmazdan əvvəl elektron cihazlardan uzaqlaşmaq bədəni və beyni təzələyir.

Sevdiklərinizlə ünsiyyət qurun

media-231ba4

Ailə və dostlarla vaxt keçirmək, hisslərinizi bölüşmək stressi azaldır və emosionallağı artırır. Bir sözlə, sosial əlaqələr ruh üçün vitamin kimidir.

Hobbilərə vaxt ayırın

media-inshot_20250909_171131229

Sevdiyiniz məşğuliyyətlərlə məşğul olmaq – musiqi dinləmək, oxumaq, rəsmlə məşğul olmaq zehni rahatladır, gümrahlıq gətirir və həyatınıza balans əlavə edir.

Təbii mühitdə vaxt keçirir

media-248856_ap5ncsvvgp

Günəş, təmiz hava, park və ya dəniz kənarı stressi silib aparır. Təbiətdə vaxt keçirmək ruhu təravətləndirir, gümrahlıq gətirir. Hər fürsətdə parkda gəzintiyə çıxmaq, dəniz kənarında vaxt keçirmək və ya sadəcə açıq havada nəfəs almaq faydalı olmaqla yanaşı, insana gümrahlıq da gətirir.


Bənzər xəbərlər