Papa Fransiskin sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama verilib
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin bir müddətdir əziyyət çəkdiyi bronxit səbəbiylə Romadakı Gemelli xəstəxanasına aparıldığı bildirilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Vatikan Mətbuat Ofisindən verilən yazılı açıqlamada, Papa Fransiskin bu səhər müalicəsini xəstəxanada davam etdirmək üçün Gemelli Xəstəxanasına yerləşdirildiyi bildirilib. İtaliyanın ANSA agentliyi Papa Fransiskə yaxın mənbələrə istinadən bildirib ki, katolik ruhani liderinin xəstəxanada müalicəsi 5 gün davam edə bilər.
Vatikan Mətbuat sözçüsü Matteo Bruni Vatikanda akkreditə olunmuş jurnalistlərə verdiyi açıqlamada, Papanın yaxşı olduğunu və qəzetləri oxuduğunu qeyd edib.
Qeyd edək ki, ayın əvvəlindən bronxitdən əziyyət çəkən Papa Fransisk fevralın 9-u və 12-də keçirilən iki kütləvi tədbirdə bronxitdən və nəfəs almaqda çətinlik çəkdiyini, çıxışını özü edə bilmədiyini, köməkçilərindən oxumalarını istəyib.