Parisdə Eyfel qülləsində Fələstin və İsrail bayraqları asıldı
Parisdə Eyfel qülləsinə Fələstin və İsrail bayraqlarının asılması Fransada siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub.
Patrulaz.az “France24″ə istinadən xəbər verir ki, fotolarda hər iki bayrağın ortasında sülh göyərçini də əks olunub.
Fransa Daxili işlər naziri Bruno Retailleau Fələstin bayraqlarının dalğalanmasını “dövlət xidmətlərinin neytrallığı prinsipinin pozulması” kimi qiymətləndirib. O, hökumətin bələdiyyələrə belə təşəbbüslərdən çəkinməyi tövsiyə etdiyini bildirib.
Milli Assambleyada Sosialist Partiyasının lideri Boris Vallaud isə bunun əksini düşünür. O, Qəzzada müharibəyə səbəb olan 7 oktyabr 2023-cü il Həmas hücumundan sonra bələdiyyə binalarında İsrail bayraqlarının da asıldığını xatırladaraq, “Rusiyanın işğalından sonra Ukrayna bayraqlarının dalğalandırılması da buna nümunədir”, – deyə vurğulayıb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ölkəsinin yaxın vaxtlarda Fələstini dövlət olaraq tanıyacağını açıqlayıb.







