media-img_5603

Ukrayna ilə bağlı Fransanın paytaxtı Parisdə keçiriləcək fövqəladə sammitdən əvvəl Avropa İttifaqı (Aİ) Avropanın təhlükəsizliyinin dönüş nöqtəsində olduğu və bu gün başlayacaq məsləhətləşmələrin davamında mərkəzi rol oynamağı hədəflədiyi mesajı verilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula von der Leyen sosial media hesabında verdiyi açıqlamada Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Aİ və NATO-nun bəzi Avropa liderləri ilə fövqəladə zirvə toplantısı üçün Parisə getdiyini bildirib. Aİ Şurası mənbələrindən alınan məlumata görə, sammit Ukraynadakı vəziyyət və Avropada təhlükəsizlik məsələləri ilə bağlı Avropa liderləri arasında məsləhətləşmələrə başlamaq məqsədi daşıyır.

Sammitdə Fon Der Leyen və Kosta ilə yanaşı, Almaniya, İngiltərə, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka liderləri və NATO-nun baş katibi Mark Rutte də iştirak edəcək.


Bənzər xəbərlər