media-inshot_20260330_154501013

Ermənistan baş naziri Nikol Paşinyan 2025-ci ilin yayında bildirib ki, ölkəsi müstəqillikdən sonra ilk dəfə Azərbaycanla sülh əldə edib.

Patrul.az xəbər verir ki, o, müxalifətin sülhün 2018-dən əvvəl də mövcud olduğunu iddia etməsini yalan adlandırıb.

Paşinyan deyib ki, rəsmi sülh müqaviləsi imzalanmasa da, de-yure sülh artıq təmin olunub. 2025-ci il Ermənistan üçün ilk tam il olub ki, Azərbaycanla toqquşmalar nəticəsində ölən və yaralanan olmayıb. Praktikada isə son belə hadisə 2024-cü ilin fevralında baş verib.

Baş nazir “sülhün təmin olunması” dedikdə 2024-cü ildə sərhədlərin delimitasiyası üzrə komissiyalar tərəfindən imzalanmış Ümumi Fəaliyyət Qaydalarını nəzərdə tutur. Bu sənəddə Almatı Bəyannaməsi əsas prinsip kimi təsbit olunub və 1991-ci ildəki sərhədlər çərçivəsində keçmiş sovet respublikalarının ərazi bütövlüyünü təsdiqləyir.

Paşinyan vurğulayıb ki, müxalifət bu prinsiplərdən kənara çıxsa, bu, açıq-aydın müharibəyə aparar. Seçkilər yaxınlaşdıqca baş nazir bildirib ki, əgər müxalifət qalib gələrsə, Ermənistan bu payız Azərbaycanla müharibəyə başlaya bilər.


Bənzər xəbərlər