media-inshot_20250925_173820291

Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyaları başlayıb.

Patrulaz.az “Sputnik Armenian”a istinadən xəbər verir ki, aksiyalar Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdütü siyasətə qarşı etiraz olaraq təşkil edilib.

Aksiya iştirakçıları hökumətin erməni apostol kilsəsinə qarşı hücumları, Şirak və Tavuş yeparxiyalarının rəhbərləri, arxiyepiskoplar Mikael Ajapaxyan və Baqrat Qalstanyanın həbsini pisləyiblər.

Etiraz aksiyaları zamanı iştirakçılar “Nikol satqındır”, “Paşinyan düşməndir” kimi şüarlar səsləndiriblər.

Xatırladaq ki, Ermənistanda arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyan bir ildən çox əvvəl hökumətin devrilməsinə çağırışlarla bağlı ittiham edilərək hazırda həbsdədirlər.

Qeyd edək ki, bu gün Qlobal Atom Enerjisi Forumunda iştirak etmək məqsədilə Moskvaya gələn baş nazir Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər