Paşinyan Vaşinqton danışıqlarını Makronla müzakirə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların yekunları ilə bağlı Fransanın Prezidenti Emmanuel Makronla telefon əlaqəsi yaradıb.
Patrulaz.az xəbər verir ki, danışıqlar çərçivəsində “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” paraflanıb. Həmçinin, ATƏT-in Minsk Qrupunun fəaliyyəti dayandırılması məqsədilə ATƏT-ə birgə müraciət edilməsi məsələsi müzakirə olunub. Regional kommunikasiyaların açılması və məhkəmə-hüquq müdafiəsi prinsipləri üzrə əməkdaşlıq da gündəmdə olub.
Paşinyan Makronla ölkələr arasında qarşılıqlı anlaşma və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsi barədə fikir mübadiləsi aparıb.






