Paşinyandan keçmiş prezidentlərə cavab: "Məni müharibəyə səbəbkar adlandırırsınızsa, övladlarınızı niyə cəbhəyə göndərmədiniz?"
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidentlərinin ittihamlarına cavab verib.
Patrulaz.az xəbər verir ki, Paşinyan bu barədə şəxsi “Facebook” səhifəsində paylaşım edib.
Baş nazir sosial şəbəkədəki paylaşımında onu Ermənistanı müharibəyə sürükləməkdə ittiham edən keçmiş prezidentlər – Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryana cavab verib.
Paşinyan bildirib ki, əgər müharibəyə səbəbkar özü idisə, bəs niyə 2018-ci ildə 18 yaşlı erməni əsgərlər ölkənin suveren ərazisindən kənarda xidmət edirdilər?
“Əgər Ermənistanı müharibəyə sürükləyən mən idimsə, 2018-ci ildə 18 yaşlı erməni əsgər Ermənistanın suveren ərazisindən kənarda nə edirdi? Bu, sizin övladlarınız və nəvələriniz deyildi? Bəs niyə onları ‘sülh zonasına’ göndərmədiniz?” – deyə Paşinyan qeyd edib.
Sonda baş nazir keçmiş Ermənistan prezidentlərini istehzalı şəkildə “güclü uşaqlar” adlandıraraq onları debatlara qatılmağa çağırıb.

Gülbəniz Səfərova






