media-inshot_20251006_235133804

Payız fəslində havaların soyuması, günlərin qısalması və enerjinin azalması bir çox insanın emosional vəziyyətinə təsir edir. Buna görə də insanlar bir çoxu özlərini bəzən yorğun, bəzən əsəbi, bəzən isə halsız hiss edə bilir.

Patrulaz.az bəzi astroloji təhlilərə əsasən, xüsusilə payız fəslində aqressiv, gərgin və emosional olan bürclər təqdim edir:

Əqrəb (23 oktyabr – 22 noyabr)

media-inshot_20251006_233844946

Payızın əsas bürclərindən olan Əqrəb emosional dərinliyi və qisasçıl təbiəti ilə seçilir. Bu bürcün nümayəndələri payızda daha həssas, tez alovlanan və gizli aqressiya daşıyan olur.

Qoç (21 mart – 19 aprel)

media-inshot_20251006_234012941
Qoç bürcü təbiətcə döyüşkəndir. Payızın gətirdiyi sakitlik və passivlik onlarda gərginlik yaradır. Bu dövrdə ən kiçik anlaşılmazlıq belə onların aqressiyasını artırır.

Oğlaq (22 dekabr – 19 yanvar)

media-inshot_20251006_234159673Sakit görünməsinə baxmayaraq, Oğlaq payızda yığılmış stresin təsiri ilə daha sərt və tələbkar olur. Daxili gərginlik onları daha aqressiv davranışlara sürükləyə bilər.

Şir (23 iyul – 22 avqust)

media-inshot_20251006_234420756Şir bürcü diqqət mərkəzində olmağı sevir. Payızın sakit ab-havası və enerjinin azalması Şirlərin eqosuna təsir göstərir, nəticədə onlar daha əsəbi və həssas ola bilirlər.

Qız (23 avqust – 22 sentyabr)

media-inshot_20251006_234642352
Perfeksionist təbiətləri ilə tanınan Qızlar payızda planlaşdırdıqları işlər alınmayanda özlərini gərgin və aqressiv hiss edirlər.


Bənzər xəbərlər