Payız gələndə niyə ruh halımız dəyişir? - Psixoloqdan AÇIQLAMA
“Payızda hərkəs duyğularının qaçmasından danışır. Kimisində təşviş səbəbilə yaranan durum, kimsində isə xroniki yorğunluq olduğundan sanki payız gəlməmiş insanların halı dəyişir”.
Bunu Patrulaz.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova ölkəmizdə sentyabrın 23-dən etibarən başlayan payız fəslində insanların özlərini narahat hiss etmələri ilə bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, insanların fəsillər arasında, xüsusən payızda özlərini narahat hiss etmələrinin səbəbi əsasən psixoloji xarakter daşıyır. O bildirib ki, əslində insanlarda bu dəyişikliklər yaz aylarından başlayır:

“Əslində altşüur işlədikcə və metodik çalışmalara əsasən insanın ruh halına və psixi halətinə təsir edəcək bir məqamı dinlədikcə, müşahidə edirik ki, məhz bu, yayın ortasında, yəni avqustun 10-dan sonra baş verir. Sadecə olaraq, həddindən artıq üzərinə düşmədikdə, şüurda ruh halını narahat edəcək durumu sezə bilmədikdə, vaxt uzandıqca onun ağırlaşmış forması sentyabr ayında özünü göstərir. Payız hələ yeni daxil olub, ancaq insanın ruh halındakı dəyişmələr isə əvvəldən başlayır. Sadecə olaraq bəzi tükənmiş durumlar var. İnsanlar bunların yazda baş verdiyi zaman düşünürlər ki, “yazdı, hava gözəldi, çıx gəz dolan”, “övladınla vaxtını keçir” və s. Amma bunlar yanlış məsləhətlərdir. Ona görə ki, bunlar sonradan payızda insanların duyğularının kəskin şəkildə dəyişməsi ilə nəticələnir. Məhz bu durumları sezmək üçün bəlkə də bu yazını oxuyan insanların bəzilərinin fikrində fototerepiya olaraq yaranacaq ki, “həqiqətən də məndə elə avqust ayından etibarən narahatlıqlar yaranmağa başladı” “sanki ruh halımda yaranan qeyri-müəyyənlik məni bu hala gətirib çıxarıb”. Amma insan nə baş verdiyi tam olaraq bilmir. Yəni, bu psixoloji immunitetin aşağı düşməsi olduğu üçün konkret ağrı ünvanını tapa bilmirsən. Çünki ağrı ünvanı sadecə olaraq insanın ruh halında baş verəcək durumlardır”.
Gülbəniz Səfərova






