media-inshot_20250908_095939475

Bakıda qeyri-adi toy məclisi baş tutub.

Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, Binəqədi rayonunda yerləşən restoranlardan birində keçirilən toya bəy və gəlin at üstündə gəliblər.

Onlar bu addımı qədim Azərbaycan toy adətlərini yaşatmaq məqsədilə atıblar.

Şəhər küçələrində at belində hərəkət edən bəy və gəlin insanlarda böyük maraq doğurub. Yoldan keçənlər onları heyrətlə izləyib, bəziləri isə bu anları mobil telefonlarına qeydə alıb.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər izləyicilər arasında çoxsaylı bəyənmə toplayıb.

Həmin görüntüləri təqdim edirik:


Bənzər xəbərlər