Pensiya artımı kommunal xidmətlərə təsir edəcəkmi? - İqtisadçı RƏYİ
Son günlər pensiyaların artırılması məsələsi gündəmdədir və bu, sosial sferada böyük maraq doğurur. Artım xəbəri yaşlı əhali arasında sevinc yaratsa da, eyni zamanda kommunal xidmət haqları ilə bağlı sualları da gündəmə gətirib.
Əgər pensiyalar qalxarsa, bu, kommunal tariflərə necə təsir edə bilər?
Bu barədə iqtisadçı Natiq Cəfərli Patrul.az-a açıqlamasında bildirib ki, kommunal xidmətlərin qiymətləri pensiya və bazar vəziyyətindən deyil, Tarif Şurasının tənzimləməsindən asılıdır:

“Bizdə kommunal xidmətlər dövlət tərəfindən tənzimlənir və Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurası, bazardakı vəziyyətə və ehtimallara əsaslanaraq, tarifləri istənilən vaxt qaldıra və ya sala bilər. Bu, Tarif Şurasının və hökumətin müstəsna hüququdur. Ona görə də kommunal xidmətlərin qiymətləri pensiyanın artması ilə, bazardakı vəziyyətlə və ya maya dəyəri ilə bağlı deyil, tənzimlənən qiymət kateqoriyasına aid məsələdir”.
Cəmilə Cəfərzadə






