media-inshot_20250924_093520704

“Qarşı tərəf zorakılıq etmək, fitnə-fəsad törətmək və dağıtmaq niyyətindədirsə, bu halda danışıqlar aparmaq mümkün deyil”.

Patrulaz.az “Eghtesad News”a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorka yola düşməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp ilə mümkün görüş barədə açıqlamasında deyib.

Məsud Pezeşkian bildirib ki, əgər ABŞ və İran arasında dialoq həqiqət, ədalət və dürüstlük əsasında qurularsa, tərəflər arasında münaqişə olmayacaq. Onun sözlərinə görə, əks təqdirdə zorakılıq və təxribat şəraitində danışıqlar aparmaq mümkün deyil.

“Əgər hər iki ölkə arasında həqiqət, ədalət və dürüstlük əsasında dialoq qurularsa, münaqişə mövcud olmayacaq. Biz həqiqət, ədalət və dürüstlük axtarsaq, heç bir münaqişə yoxdur. Bu prosesdə bəzən bir-birimizi başa düşməyə bilərik. Dialoq və qarşılıqlı fəaliyyət yolu ilə bir-birimizi başa düşməliyik”, – deyə, Pezeşkian vurğulayıb.

Xatırladaq ki, sentyabrın 23-də ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı İran liderinə əməkdaşlıq təklif etsə də, onun buna təhdidlə cavab verdiyini bildirib. Daha sonra Tramp İranın nüvə obyektləri barədə də açıqlama verib:

“ABŞ-dən başqa dünyanın heç bir ölkəsi İranın nüvə obyektlərini məhv edə bilməzdi, – Tramp əlavə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər