Polad Həşimov küçəsində su idarəsinin qazdığı yol iki aydır bərpa gözləyir - VİDEO
Zığ qəsəbəsi, Polad Həşimov küçəsində yaşayan sakin Patrul.az-a müraciət edərək ərazidə yaranmış yol problemini gündəmə gətirib.
Onun sözlərinə görə, əsas yoldan Polad Həşimov küçəsi 33 və 35 istiqamətinə gedən yolda təxminən 2 ay əvvəl su idarəsi tərəfindən qazıntı işləri aparılıb. İşlər başa çatdıqdan sonra isə əvvəl tam istifadəyə yararlı olan asfalt örtüyü yararsız vəziyyətə salınıb.
Vətəndaş bildirir ki, yol sonradan keyfiyyətsiz şəkildə daş və torpaqla doldurulub. Bu səbəbdən yağışlı havalarda ərazi palçığa çevrilir, piyadaların hərəkəti çətinləşir, nəqliyyat vasitələrinə isə ziyan dəyir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, iddialara görə, qurumlar məsuliyyəti bir-birinin üzərinə atır və problem hələ də həll olunmayıb. Əksinə, son iki ay ərzində yolun vəziyyəti daha da pisləşib.
Sakinlər aidiyyəti qurumlardan məsələnin araşdırılmasını, yolun keyfiyyətli şəkildə təmir olunmasını və normal hərəkət şəraitinin bərpa edilməsini xahiş edirlər.






