Polis qadına qarşı quldurluq edən şəxsi saxlayıb
Yanvarın 27-də paytaxtın Nərimanov rayonu ərazisində nəqliyyat vasitəsində qadına qarşı naməlim şəxsin quldurluq əməli törədilməsi ilə bağlı polisə məlumat daxil olub.
Patrulaz.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə cinayət əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Elçin Hüseynov saxlanılıb.
Faktla bağlı Nərimanov RPİ-nin 17-ci PŞ-də araşdırma aparılır.