media-71fc3a89-bdb8-4f60-8a86-635a14fb9c41

İran Prezidenti Məsud Pezeşkian yaxın zamanlarda Azərbaycana səfər edəcək. Görüş zamanı Təbrizə neft ixracı məsələsinin gündəmə gələcəyi gözlənilir. Azərbaycan-İran münasibətlərində hazırkı vəziyyət və Prezident Məsud Pezeşkianın Bakıya səfəri zamanı gündəmə gələcək əsas mövzularla bağlı Patrulaz.az-a politoloq Əlimusa İbrahimov öz fikirlərini bölüşdü:

“İran islam Respublikası Prezidenti Məsud Pezeşkianın Azərbaycana nəzərdə tutlan səfəri çox böyük maraqla gözlənilir. Çünki Azərbaycan-İran münasibətləri tarixində İranın azərbaycanlı Prezidentinin ölkəmizə səfəri etməsi haqqında məlumat yoxdur. Ona görə ki, İranda özünü Pezeşkian qədər Azərbaycanlı hiss edən və yeri gəldikcə həmvətənliləri ilə Azərbaycan dilində danışmaqdan çəkinməyən, azərbaycanlı olduğunu fəxrlə bəyan etməkdən çəkinməyən prezident İrana rəhbərlik etməmişdir. Bu baxımdan, Pezeşkianın səfərinin Tehran-Bakı münasibətlərinin inkişafına ciddi təkan verəcəyindən daha çox, Azərbaycan millətindən olan şəxsin İran prezidenti simasında Bakıya gəlməsi insanlarımızın səbirsizliklə gözlədiyi hadisədir.
Heç şübhəsiz İranın hazırki Prezidenti Məsud Pezeşkian sələfləri ilə müqayisədə daha mötədil – reformaçı imicli bir fiqur kimi görünür. Onun Azərbaycana səfəri gərginləşən Azərbaycan-İran münasibətləri dövründən sonraya təsadüf edir. Məlumdur ki, Tehranda Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilən terror hərəkəti, İranın Azərbaycanla sərhəddində hərbi təlimləri ilə bağlı gərginlik, Tehranın Ermənistanla əlaqələri qonşu dövlətlər arsında ciddi soyuma ilə nəticələnmişdi”.

media-64776dc9-8315-4a97-926f-8a51fc34c08d
Politoloqun fikrincə, Pezeşkianın səfəri yalnız diplomatik münasibətlərin normallaşdırılması baxımından deyil, həm də regional geosiyasi məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, səfər zamanı Ankara-Bakı əməkdaşlığı, Azərbaycanın İsraillə əlaqələri və İranın bu məsələlərə münasibəti kimi həssas mövzuların da gündəmə gələcəyi gözlənilir:

“Pezeşkianın səfəri ikitərəfli əlaqələri bərpa etmək və ya ən azından sabitləşdirmək üçün real fürsət ola bilər. Bunun gələcək münasibətlərə necə təsir etməsi səfər zamanı hansı məsələlərin müzakirə ediləcəyindən asılıdır.
İran Türkiyənin Cənubi Qafqazda artan təsirini balanslaşdırmaq istəyir. Pezeşkian Ankara-Bakı əməkdaşlığına qarşı çıxmaq üçün daha sıx əlaqələrə təkan verə bilər, lakin Bakı bu məsələdə olduqca diqqətli olacaq..
Azərbaycanın İsraillə dərinləşən münasibətləri İranı narahat edən əsas məsələlərdəndir. Pezeşkian Azərbaycan ərazisindən İrana qarşı hərbi məqsədlərdə istifadə edilməməsi üçün razılaşma təklif edə bilər, lakin Azərbaycan çox güman ki, bu barədə şifahi bəyanatlar verməyi üstün tutacaq”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər