Prezident İlham Əliyev Ağdamdan paylaşım etdi – "Zəfər şousu"nda ECO liderləri
Prezident İlham Əliyev Ağdam şəhərində keçirilən “Zəfər şousu” ilə bağlı rəsmi paylaşım edib.
Patrulaz.az xəbər verir ki, Dövlət başçısı paylaşımında qeyd edib:
“Prezidentlər, ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamda.”
Xatırladaq ki, iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləmişidilər.