media-img_3716
  • Xəbər verdiyimiz kimi, bu gün Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında geniş tərkibdə görüş keçirilib.

Patrulaz.az xəbər verir ki, dövlət başçısı İlham Əliyevin rəsmi “X” hesabında görüşə dair videoçarx paylaşılıb.

Kadrlarda Prezident İlham Əliyevin BƏƏ Prezidentini Füzuli Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsinin düzülüşü ilə qarşıladığı, Şuşa qalasının önündə səmimi söhbət etdiyi və birlikdə foto çəkdirdiyi əks olunub.

Videoçarxda həmçinin, liderlərin erməni işğalı zamanı zədələnmiş Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin heykəllərinə baxış keçirməsi, Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət etməsi, eləcə də Azərbaycan-BƏƏ dostluğunun rəmzi olaraq Cıdır düzündə Qarabağ atlarının şousunu izləməsi əks etdirilib.


Bənzər xəbərlər