media-inshot_20260406_195957005

Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə aprelin 6-da təkbətək görüşü olub. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze aprelin 6-da mətbuata bəyanatlarla çıxış ediblər.

Bu səfərin əhəmiyyəti və iki ölkə arasında hazırkı münasibətlərin inkişaf dinamikası barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Patrul.az-a şərh edib:

“Azərbaycanla Gürcüstan arasındakı münasibətlər birgə tariximizə əsaslanaraq inkişaf edir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkələrimizin arasındakı münasibətlərin möhkəmlənməsi ümumən Cənubi Qafqazda sülh və əməkdaşlığı möhkəmləndirir və regionumuzun beynəlxalq əhəmiyyətini artırır. Bu gün dünya iqtisadiyyatı bağlantı dəhlizlərin təhlükəsizliyinin təmini baxımından əziyyət çəkir. Davam edən münaqişələr və müharibələr nəticəsində ənənəvi bağlantı marşrutlarında məhdudiyyətlər yaranıb və qlobal iqtisadiyyatda böhran risklərini yüksəltmişdir. Amma Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Cənubi Qafqaz beynəlxalq tərəfdaşlar üçün ümid yerinə çevrilib. Azərbaycanla Gürcüstan arasındakı dostluq münasibətlərin möhkəmliyi və həmişə bir yerdə olmağımız Orta dəhlizin tərkib hissələri olan Bakı-Tiblisi-Ceyhan , Cənub Qaz dəhlizi, Bakı -Tiblisi-Qars kimi çoxlu uğur hekayələri ərsəyə gətirmişdir. Növbəti dövrdə isə bir yerdə Qara dənizin dibi vasitəsilə Yaşıl enerji layihəsinin inşası istiqamətində işlər davam etdirilir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ölkələrimiz arasındakı münasibətlər tarixə əsaslanır və dəmir xətlər vasitəsilə günü-gündən möhkəmlənərək əbədiləşir”.

media-inshot_20260407_105615294

Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf dinamikası da müsbətdir:

“Belə ki, 2025-ci ildə ölkələrimiz arası ticarət dövriyyəsi 800 milyon dollardan çox olsa da bu il bu rəqəmin 1 milyard dolları keçəcəyi gözlənilir. Azərbaycan Gürcüstan iqtisadiyyatına bu günə qədər 3,5 milyard dollar investisiya qoymuşdur. Bu inkişaf dinamikansını təhlil edəndə ölkələrimiz arasında münasibətlərin inkişafının yaxşı perspektivləri olduğunu görürük. Həm də bu gün Ermənistanla iqtisadi əmnəkdaşlığımızın qurulmasında Gürcüstan öz dəstəyini göstərir. Bu, ümumiyyətlə uzun illər münaqişə bölgəsi olan Cənubi Qafqazın yeni reallıqlar üzərində sülh və əməkdaşlıq erasına qovuşması deməkdir”.

A.Badamov qeyd edib ki, bu gün baş verən münaqişələr fonunda dünyada sabit və təhlükəsiz regionlar çox məhdud saydadır:

“Biz Cənubi Qafqaza sülh gətirməklə həm də qitələr arasında bağlantılar yaradaraq regionumuzun təhlükəsizliyini əbədiləşdiririk.

6 apreldə Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri ölkələrarası münasibətlərdə yeni bir səhifə açacaqdır. Dövlət başçılarımızın keçirdiyi görüşlər çərçivəsində ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələr üzrə münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. O cümlədən investisiyaların genişləndirliməsi, həm də üçüncü ölkələrə birgə investisiyaların yatırılması məsələləri danışıqlar mövzusu olmuşdur. Bəli, bizim dostluğumuz və regionumuzda təmin olunmuş sabitlik dünyaya nümunədir”.

Ləman Sərraf


Bənzər xəbərlər