media-img_0590

“Prezident İlham Əliyevin regionlara səfərləri regionlara inkişaf və müasirlik gətirir. Dövlət başçısının bütün səfərləri yeni müəsisələrin təməl qoyulması və ya da açılışı mərasimləri ilə yadda qalır. Cənab Prezidentin Qusar rayonuna səfəri çərçivəsində İsmixanlı MMC-nin istehsal sahəsinin açılşının etməsi rayonun iqtisadi inkişafına yeni bir impuls verəcəkdir. Belə ki, İsmixanlı soyusducu anbar kompleksinin 8,7 min ton tutumu olmaqla 270 daimi və 400 mövsümü iş yerləri yaradır. Bu da Qusar rayonunda məşğulluqla bağlı problemlərinin həll olunmasına böyük töhfədir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, istehsal olunan məhsullar daxili tələbatı ödəməklə yanaşı xarici bazarlara ixrac olunacaqdır:
“Dövlət başçımız Sumqayıt Sənaye Parkında Kartaş MMC və Az-Tex-İmport MMC-nin müəsisələrinin açılışını etdi . Ümumiyyətlə Sumqayıt Kimya Sənaye Parkı 6 mindən çox iş yeri yaratamışdır. O cümlədən istehsal olunan mallar 70 dən çox ölkəyə ixrac olunur”.

media-f4756ec9-4a73-4c08-ac3f-d44bd96c038a
Deputat bildirib ki, açılışı olmuş yeni müəsisələr daxili tələbatın ödənilməsinə, ixracın şaxələndirilməsinə və məşğulluq məslələrinin həll olunmasına töhfə verəcəkdir:

“Azərbaycan iqtisadiyyatının qeyri-nefrt sektoru müasir əsaslarıla yenidən qurulur. Bu həm beynəlxalq standartlı məhsulların iistehsal olunmasına, həm də ölkə iqtisadiyyatının möhkəmlənməsinə xidmət edir”.

Ləman Sərraf


Bənzər xəbərlər