Prezidentin doğum günüdür
Bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.
Xalqımızın qürur mənbəyi olan İlham Əliyev uzaqgörən və qətiyyətli siyasəti, güclü liderliyi ilə Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü təmin edib. Onun rəhbərliyi altında ölkəmiz tarixi Zəfərə imza atıb, milli birliyimiz və dövlətçiliyimiz daha da möhkəmlənib.
Cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, xalqımız və dövlətimiz naminə yorulmaz fəaliyyətində yeni uğurlar arzulayırıq.
Patrul.az






