media-5e2ea13f-85cf-4e39-86ab-a7211428ed50

“Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi müsahibədə Azərbaycanla Çin arasındakı əməkdaşlığının perspektivləri ilə bağlı fikirlər ifadə olunmuşdur. Belə ki, 2024-cü ilin iyulunda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində ÇXR-nın sədr Si Cinpin və Prezident İlham Əliyev arasında keçirilmiş ikitərəfli görüş və imzlanmış Strateji tərəfdaşlığın genişləndirilməsinə dair Bəyannamə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni bir səhifə açmışdır”.

Bu sözləri Patrulaz.az-a Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sİnxua agentliyinə verdiyi müsahibə zamanı çıxışını şərh edən millət vəkili Azər Badamov deyib.

O bildirib ki, 2024-cü ildə Azərbaycanla Çin arasındakı ticarət dövriyyəsinin 21% artaraq 3,7 milyard dolları keçməsi və bu ilin üç ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 38% artaraq 1 milyard dollardan çox olması ticari-iqtisadi əməkdaşlığımızın çox əhəmiyyətli dərəcədə töhfələr verdiyinin göstəricisidir:

“Çin Azərbaycanın 4-cü xarici ticari tərəfdaşıdır. Gələcəkdə əməkdaşlığımızın genişləndirilməsi potensialı çox genişdir. Bu baxımdan Bakıda keçirilmiş iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Azərbaycanın Çinin 7 şəhərində Ticarət Evləri açılıb və “Made in Azerbaycan” brendi altında məhsullarımız satışa çıxarılılır. Gələcəkdə Çində Ticarət Evlərimizin sayının daha da artırılması ilə bağlı razılıq əldə olunub”.

media-496a0d00-b143-4fe6-ace4-d13165bd2e68
Deputat xatırladıb ki, Çin Azərbaycana müasir texnologiyalar və innovasiyalar idxal edir:

“Bu da yaşıl gündəliyimizin sürətlə icra olunmasına və ölkəmizin iqtisadiyyatının sürətlə inkişafına impuls verir. Bu gün Azərbaycanda 378 Çin şirkətinin qeydiyyatdan keçməsi və 298-nin aktiv olması qarşılıqlı investisiyaların artmasına və iqtisadi əməkdaşlığımızın inkişaf etdirilməsinə töhfə verir.
Azərbaycan Çinin təqdim etdiyi “Bir kəmər, bir yol” layihəsinə qoşularaq Orta dəhlizin ərsəyə gəlməsinə töhfə vermişdir. Bakı Beynəlxalq Ticarət Limanı, Bakı -Tiblisi-Qars dəmir yolu və Dəniz Donanmasının artırılması istiqamətində atılmış addımlar ölkəmizin tranzit qabiliyyətini və Çinlə Avropa arasında daşımalarda körpü rolu oynamağımızın əhəmiyyətini artırır. Belə ki, 2024-cü ildə ölkəmizin üzərindən daşınan Çin mallarının 86% artaraq 378 min tonu keçməsi ölkəmizin töhfəsidir. Azərbaycanla və Çin arasında münasibətlər günü-gündən dərinləşir və qarşılıqlı fayda və hörmət əsasında inkişaf edir”.

Ləman Sərraf


Bənzər xəbərlər