media-1747132479_1746939999_1739973548

Rusiya Prezidenti Vladimir Putin Valday Forumunda çıxış edərək ölkəsinin strateji nüvə qüvvələrinin bütün nüvə dövlətləri arasında ən müasir olduğunu bildirib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, Rusiya ABŞ-dən daha çox taktiki nüvə silahına sahibdir və bu silahların gücü Xirosima və Naqasakiyə atılan bombalardan qat-qat çoxdur. Lakin Putin vurğulayıb ki, bu silahlar Belarusu istisna olmaqla xaricdə yerləşdirilmir.

Forumda həmçinin Putin bu istiqamətdə işlərin yaxşı getdiyini vurğulayıb:

“Ümumilikdə işimiz yaxşı gedir. Bundan sonra hansı addımların atılacağını başa düşürük”,- deyə Rusiya lideri əlavə edib.


Bənzər xəbərlər