Putin Trampla görüşə yaşıl işıq yandırıb
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Ukrayna müharibəsi və enerji məsələlərini müzakirə etmək üçün görüşməli olduqlarını bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Rusiya dövlət kanalı “Rossiya-24”ə gündəmdəki müxtəlif məsələlərlə bağlı açıqlamalar verib. O, ABŞ rəhbərliyi ilə dialoqdan heç vaxt geri çəkilmədiklərini ifadə edib.
Trampın əvvəllər Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyinə diqqət çəkən Putin, keçmiş prezident Co Baydenin də sanksiya yolu ilə getdiyini bildirib.
Keçmiş ABŞ administrasiyasının Rusiya üçün dollar istifadəsinə qadağa qoyduğunu qeyd edən Putin bu qərarla özlərinə zərər verdiklərini bildirib.