Putinlə görüşünü ləğv edən Tramp Rusiyanın iri şirkətlərinə sanksiyalar tətbiq etdi
ABŞ Prezidenti Donald Tramp Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə keçiriləcək sammiti ləğv etdiyini açıqlayıb.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp Putinin neft şirkərlərinə də sanksiyaların tətbiq edildiyini söyləyib:
“ABŞ Maliyyə Nazirliyi Rusiyanın iri neft şirkətlərinə: “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib”, – ABŞ lideri bildirib.
Tramp, həmçinin ABŞ-nin Rusiya şirkətlərinə qarşı yeni sanksiyalarının uzun müddət qüvvədə olmayacağına ümid etdiyini bildirib.
ABŞ lideri Putini atəşkəsə də çağırıb:
“Moskvaya çağırışım aydındır. Dərhal atəşkəsə razılaşın”.
Tramp ondan “Tomaqavk” raketlərini istəyən Ukraynaya da bildirib ki, ABŞ hazırda Kiyevə bu raketləri tədarük etməyi planlaşdırmır:
“Tomaqavklardan istifadə qaydalarını öyrənmək üçün ən azı altı ay vaxt lazımdır. Adətən, bir il. Tomaqavkların buraxılmasının yeganə yolu onlardan istifadə etməkdir. Biz bunu etmək fikrində deyilik”.
Tramp son olaraq hər iki tərəfin hərbi əməliyyatlarını dayandırmalı olduğunu qeyd edib.






